"Vandalizm"in təqdimatı keçiriləcək




Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi və "Trend" Beynəlxlaq İnformasiya Agentliyinin dəstəyi ilə xalqımızn maddi-mənəvi irsinə, o cümlədən tarixi dini abidələrinə qarşı Ermənistanın həyata keçirdiyi vandalizm siyasəti barədə sənədli film çəkilib. 

Sherg.az xəbər veri ki, "Vandalizm" adlı filmin çəkilməsinin əsas məqsədi Azərbaycan əlehinə təcavüzkar siyasət yürüdən, xalqımıza, eləcə də onun maddi, mənəvi irsinə qarşı soyqrımlar aparan Ermənistanın bu istiqamətdəki əməllərini faktlarla ifşa etməkdən və beynəlxlaq ictimaiyyətin diqqətini bu problemə yönətməkən ibarətdir. 

Filmdə xarici mənbələr və faktlara istinad edilib. Beynəlxalq hüquq, politologiya sahəsində tanınmış mütəxəsislər və din xadimlərinin fikirlərinə yer verilib. Filmin xarici ölkələrdə nümayişi nəzərdə tutulur. Bu ilin noyabr ayının 24-də saat 16:00 da Nizami Kino Mərkəzində həmin filmin təqdimat mərasimi keçiriləcək.

Ayyət