“Avtomobil nömrələrinin üzərinə həkk olunmuş defis simvollarının nə əhəmiyyət daşıdığını bilmirəm”
Vaxt bitdi...!
07:50 14.11.2017
Arxiv
677
“Ancaq dövlət tərəfindən müəyyən edilən qayda-qanun mütləq şəkildə yerinə yetirilməlidir”
“Avtomobil nömrələrinin üzərinə həkk olunmuş defis simvollarının nə əhəmiyyət daşıdığını bilmirəm”
“Avtomobil nömrələrinin üzərinə həkk olunmuş defis simvollarının nə əhəmiyyət daşıdığını bilmirəm”
Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar verdiyi möhlət başa çatıb. Belə ki, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin bu hərəkət qayda pozuntusu hesab edilir.
Yəni sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə yol polisi tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, nömrələrin konkret standartı var və heç kim nömrədə nəyisə silə bilməz. Həmin standarta görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı çap olunub verilirsə, vətəndaş müdaxilə etdiyi təqdirdə, başa düşməlidir ki, bunun məsuliyyəti onun üzərinə düşür.
Əgər standartda defis, çərçivə xətti nəzərdə tutulubsa, deməli bu, belə də olmalıdır. Amma düzəliş edirlər. Məqsədlərini bilmirəm. Yəqin fikirləşirlər ki, radara düşməz və yaxud estetik baxımdan daha yaxşı görünür: "Buna görə də biz sürücülərə müraciət etmişik ki, bir ay müddətində həmin nasazlıqları aradan qaldırsınlar. Bunun üçün istənilən yol polisi şöbəsinə, stasionar postlara yaxınlaşıb ödənişsiz və təxminən 2-3 dəqiqəyə bu nasazlığı aradan qaldıra bilərlər. Bütün əməkdaşlarımıza tezquruyan xüsusi boyalar verilib. Əgər verilən müddət ərzində tələblər ödənilməzsə, sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə müvafiq olaraq 50 manat dəyərində cərimələnəcək”.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə deyib ki, bilavasitə təhlükəsizliyə təsir edən çatışmazlıqlar, qanun pozuntularını dərhal aradan qaldırmaq lazımdır. Amma elə göstəricilər var ki, onları ümumi qaydalar prinsipinə uyğun qaydada yerinə yetirmək olar.
İstənilən halda isə sürücülərin yol hərəkəti qaydalarına yanaşma tərzi elə olmalıdır ki, cərimələnmə və xəbərdarlıq üçün əsas qalmasın.
Professorun sözlərinə görə, nömrələrin üzərinə həkk olunmuş defis simvollarının bərpası heç bir çətinlik yaratmır. Onun yenidən çəkilməsi mexanizmlərin sökülməsinə əsaslanmadığı üçün sürücülər özləri üçün əlavə problemlər yaratmamaq üçün xəbərdarlıqlara əməl etməlidirlər:
"Sözün açığı, nömrələrin üzərinə həkk olunmuş defis simvollarının nə kimi əhəmiyyət daşıdığını bilmirəm, amma elə bir ciddi mənası olduğunu da düşünmürəm. Sadəcə olaraq, dövlət tərəfindən müəyyən edilən qayda-qanun mütləq şəkildə yerinə yetirilməlidir. Əgər o qayda-qanunlar sürücülərin mənafeyinə ziyan edirsə, bu zaman onların etiraz haqları tanına bilər. İndiki halda nömrələrin üzərinə həkk olunmuş defis simvollarının silinməməsi qanunvericiliyin tələbidirsə, sürücülər də bu qaydalara əməl etməlidir. Əgər bəzi sürücülərin nömrələrinin üzərində əvvəldən defis işarəsi olmayıbsa, Dövlət Yol Polisi həmin nöqsanı aradan qaldırmağa hazırdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə