...Və Trampı satdı: Dünya çalxalandı





ABŞ liderinin kampaniya müdiri Manafort, Rusiya istintaqını icra edən prokurorla razılaşıb, suçunu etiraf edib. Manafortun qəbul etdiyi cinayətlər arasında ABŞ-a qarşı gizli müqavilə bağlamaq, ədalətə maneə törətmək üçün sui-qəsd var.

Seçkilərdəki Rusiya barmağını araşdıran xüsusi prokuror Robert Mueller, istintaqda bu gün yeni bir səhifə açıb. ABŞ dövlət başçısı Donald Trampın kampaniya müdiri Paul Manafort prokurorla razılaşdı, günahını qəbul edib.

Beynəlxalq agentliklərinin arxa- arxaya "son dəqiqə” koduyla dünyaya eşitdirdiyi xəbər, anında gündəm oldu.

Paytaxt Vaşinqtondakı federal məhkəməyə çıxarılan Manafort, ABŞ əleyhinə gizli müqavilə bağlamaq və ədalətə maneə törətmək üçün sui-qəsd qurmaq cinayətlərini qəbul edib.

Proseslərin inkişafı prezident kreslosuna oturduğu gündən bu yana Rusiyanın kölgəsindən xilas ola bilməyən Tramp üçün şok edicidir. Keçən həftələrdə ABŞ liderinin xüsusi vəkili Michael Cohen də prokurorla razılaşıb, etiraf etmişdi.