Vəhhabiliyə qarşı 50 mindən artıq kitab çap edilib
18:01 17.04.2014
Arxiv
642
Kitablar vəzifəli şəxslərə, polislərə, icra başçılarına, ağsaqqallara paylanıb
Qafqaz Müsəlmanları İdarəsində Qazilər şurasının iclası keçirilib. Səsvermə yolu ilə yeni qazilər və səlahiyyətli nümayəndələr seçilib. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə son dövrlər görülən işlər barədə məruzə ilə çıxış edib.
Şeyx bildirib ki, vəhhabiliyə və radikallığa qarşı 50 mindən artıq kitab çap edilərək ictimaiyyət arasında, həmçinin vəzifəli şəxslərə, polislərə, icra başçılarına, ağsaqqallara paylanıb. Vəhhabi cərəyanı kitabında doğru istiqamətin, haqqyolunun hansı olduğu izah edilib. Bütün Qafqazın Şeyxi axund və qaziləri radikallığa qarşı mübarizədə fəal olmağa, moizə və xütbələrində təbliğat işlərinə diqqət yetirməyə çağırıb.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə: "Bizim axundlarımızı qazilərimiz elmi şuranın üzvləri bir az fəal olsunlar, qorxmasınlar. Əgər mənəmsə mən də sizə deyirəm, hər hansı bir qüvvə istər din yolunda, istər şiə, istər sünni olsun, istər təkfirçi olsun, istər vəhhabi olsun, istər nurçu olsun və başqa təriqətlər, əgər bunlar Azərbaycanda radikal formada mənim dövlətim var, mənim qərarım var, əgər belə radikal qüvvələr təbliğat aparacaqsa, bizim borcumuz və burda oturanlar hər birinin borcudur, cavabdehlik daşıyır. Bunların qarşısında əyilməmək sizin arxanızda dövlət var, Azərbaycan dövləti var, Azərbaycan qanunları var".
Toplantıda həmçinin son zamanlar qida məhsullarının halallığı ilə bağlı ictimaiyyəti maraqlandıran məsələ müzakirə olunub. Bildirilib ki, halallıq sırf şəriət səciyyə daşıyan məfhum olduğundan dini mərkəzin rəyi vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi