Venesuelada hərbi helikopter qəzaya uğrayıb, 16 nəfər ölüb




Venesuelada Mi-17 hərbi helikopteri qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 11 hərbçi və 5 mülki şəxs ölüb.

Məlumata əsasən, dekabrın 30-da itkin düşən Venesuela Hərbi-Hava Qüvvələrinə məxsus helikopter bu gün aşkarlanıb. Rəsmi Karakas insidentlə bağlı hələ ki, açıqlama verməyib.