Vergi güzəşti qısa müddət üçün faydalıdır
09:33 17.07.2018
Arxiv
807
Dövlət siyasəti daha çox vətəndaşların gəlirlərinin artması istiqamətində olmalıdır
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev əmək haqqısı aşağı olan vətəndaşlara vergi güzəşti tətbiq edilməsi təklifi ilə çıxış edib. Prezident təklifini Qazaxıstan parlamentinə təqdim edib. Prezidentin təklif etdiyi güzəşt bundan ibarətdir ki, az əmək haqqı alan Qazaxıstan vətəndaşlarının 2019-cu il 1 yanvar tarixindən vergi yükü 10 dəfə azaldılsın və cəmi 1 faiz vergi tutulsun.
N.Nazarbayev belə hesab edir ki, tətbiq ediləcək vergi güzəşti sayəsində 2 milyon vətəndaşın sosial yükü azalacaq, əməkhaqqı isə işəgötürənlərə əlavə vergi yükü düşmədən artacaq. Qazaxıstan hökuməti belə zənn edir ki, gələcəkdə fiziki şəxslərin gəlir vergisinin proqressiv şkalası qəbul edilə bilər.
Azərbaycan iqtisadçıları isə fərqli qənaətdədir. İqtisadçı Fuad İbrahimov "Şərq”ə açıqlamasında məsələnin çoxşaxəli olduğunu bildirdi:
- Belə anlaşılır ki, burada söhbət əmək haqqından tutulan vergidən gedir. Ümumiyyətlə, post-sovet məkanında, MDB ölkələrində işəgötürənlə işəgötürülən arasında münasibətlər qanunauyğun formasını hələ də tapmayıb. İşəgötürənlə işəgötürülən arasında əmək müqaviləsi bağlanmır. Bu da həm işəgötürənlərin, həm də işəgötürülənlərin vergidən yayınmasına gətirib çıxarır. Nəticə etibarilə bu, daha çox işəgötürülənlərin ziyanınadır, çünki bu adamlar pensiya fonduna ödəmələr etmədiklərindən sabah pensiya fondu qarşısında heç bir iddia ilə çıxış edə bilməyəcəklər. Qazaxıstan hökuməti bu cür vergi sadələşdirməsi, vergilərin minimuma endirilməsi ilə həm işəgötürənlərin, həm də işəgötürülənlərin vergiyə cəlb edilməsi məqsədi güdür. Yəni, vergilər ona görə azaldılır ki, vergi ödənsin. Və məncə, bu, daha çox statistikaya hesablanmış addımdır.
F.İbrahimli iqtisadiyyatın idarə olunmasında bu cür metodlardan istifadəni effektli saymır:
- Dövlət siyasəti daha çox vətəndaşların gəlirlərinin artması istiqamətində olmalıdır. Vergidən yayınmaların qarşısını bu yolla almaq müvəqqəti, qısa müddətli çıxış yoludur. Vergi iqtisadiyyatın dayağıdır. Vergiyə cəlbetmənin ən optimal yolu vətəndaşların gəlirlərinin artırılmasıdır. Əvvəlcə gəlirlər artmalı, sonra vergiyə cəlbetmə istiqamətində işlər gücləndirilməlidir. Bununla paralel olaraq vətəndaşların vergi ödəyicisi kimi maarifləndirilməsi işləri də aparılmalıdır.
Baxın, bir neçə il əvvələ kimi, bizim ölkədə sürücülərin təhlükəsizlik kəmərindən kütləvi istifadəsini görə bilməzdiniz. Amma indi 100 sürücüdən 99-u təhlükəsizlik kəmərindən istifadə edir. Həmçinin, xatırlayıram ki, bizim vətəndaşlarımızın başqa respublikalara səfərə gedib-gələndə oradakı yol qaydalarını tərifləyərdilər və deyərdilər ki, oraların sürücüləri piyadalara yol verir.
İndi bu nəzakət jesti artıq bizim sürücülərdə də var. Hamımız görürük ki, avtomobillər yolu keçmək istəyən piyadalara güzəştə gedirlər. Bu ənənələr zamanla və məhz maarifləndirici işlər aparılmaqla formalaşıb. Vergi ödəyicisi olmaq və ölkə iqtisadiyyatına töhfə vermək kimi gözəl ənənələr də maarifləndirici, eyni zamanda sərt qanunların köməyi ilə, cəza elementləri ilə formalaşdırılmalıdır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət