Vətəndaşlar daha üzərində əlavə sənəd daşımayacaq
08:17 08.02.2017
Arxiv
1029
Ekspert şəxsiyyət vəsiqələrinə ediləcək inteqrasiyanın səmərəli olacağını bildirir
Ölkəmizdə şəxsiyyət vəsiqələrinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Yeni şəxsiyyət vəsiqələrinə sürücülük vəsiqəsi məlumatlarının inteqrasiya olunması məsələsi nəzərdən keçirilə bilər.
Sürücülük vəsiqələrindəki məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə daxil edilməsi texniki olaraq mümkündür. Şəxsiyyət vəsiqəsinə daxil edilən məlumatlar isə çiplərin yaddaş həcmindən asılı olacaq.
Xatırladaq ki, əvvəllər şəxsiyyət vəsiqələrinə elektron sağlamlıq kartları məlumatlarının inteqrasiya olunması imkanı nəzərdən keçirilirdi.
Yeni strukturda hazırlanması nəzərdə tutulan şəxsiyyət vəsiqələrinin daşınan arxiv funksiyasını yerinə yetirəcəyini deyən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov prosesin əlverişli olacağını bildirib.
Ekspert şəxsiyyət vəsiqələrinə ediləcək inteqrasiyanın səbəbi kimi, insanların üzərində əlavə sənəd daşımaq məsuliyyətindən azad olunacaqlarını düşünür:
"Dünyanın inkişaf etmiş ölkələrində məhz bu cür sənədlərin inteqrasiyası var. Daha çox müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək təkmil şəkildə tətbiq olunur. Təkmil şəkildə dedikdə isə burda minimum sənədlərin daşınması və ya daşınan sənədlərdə maksimum informasiya olması başa düşülür. Dünyada belə bir tendensiya gedir ki, bəzi ölkələrdə şəxsiyyət vəsiqəsi həm də xarici pasport funksiyasını yerinə yetirir. İnsanlar şəxsiyyət vəsiqəsi ilə xaricə səfər etmək imkanına malik olurlar. İndi yeni şəxsiyyət vəsiqələri xüsusi çiplərdə təsis olunur və həmin çiplərdə bir çox informasiyaları yerləşdirmək mümkündür. Nəinki həmin şəxsin bilavasitə özü ilə bağlı olan məlumatlar, həmçinin istifadə etdiyi sürücülük vəsiqəsi barədə informasiya əks oluna bilər.
Digər tərəfdən də elektron hökumət portalı fəaliyyət göstərir. Bir çox informasiyalar elektron şəkildə yerləşdirilir. Şəxsiyyət və sürücülük vəsiqəsi arasında inteqrasiya prosesi əslində texniki cəhətdən asan prosesdir. Ola bilsin ki, gələcəkdə başqa informasiyaların şəxsiyyət vəsiqəsində yerləşdirilməsinin şahidi olduq. Məsələn, şəxsiyyət vəsiqəsində şəxsin ailə durumu qeyd olunur. Həmin vəsiqədə eyni zamanda kim ilə evli olduğu, nikahın bağlanma tarixi və uşaqları qeyd edilə bilər. Tutaq ki, şəxs hansısa proseslərdə iştirak edirsə, artıq ondan əlavə sənəd tələb olunmur. Bunun üçün də, məsələyə məhz bu aspektdən yanaşıldığını düşünürəm”.
Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi, 2018-ci il yanvarın 1-dən başlanacağı planlaşdırılır.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol