Vətəndaşların 70 faizi yeni tikililərdən ev almaq istəyir
21:15 19.10.2016
Arxiv
440
Tikinti şirkətləri də bu vəziyyətdən yararlanıb qiymətləri süni bahalaşdırırlar
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı mənzillərin qiymətindən danışıb. O qeyd edib ki, paytaxt Bakıda mənzillərin satışının kəskin azaldığı bir vaxtda mənzil bazarında qiymətlər süni artırılır. Onun sözlərinə görə, bu bahalaşmanın səbəbkarı yeni tikililərin inşası ilə məşğul olan tikinti şirkətləridir: "Hazırda daşınmaz əmlak bazarında vəziyyət kritik şəkil alıb. Bazarda bütün göstəricilərin sürətlə azalması müşahidə edilir.
O cümlədən satılan mənzillərin sayı kəskin azalıb. Azalma bütün seqmentlərdə davam edir. Əgər 2011-14-cü illərdə 1 ayda 10 minə yaxın mənzil satılırdısa, bu gün bu rəqəm 1300-1400 ətrafında dəyişir. Yeni tikililərdə vəziyyət daha acınacaqlıdır. Ay ərzində satılan mənzillərin sayı 1 il əvvəllə müqayisədə 10 dəfəyədək azalıb. Amma satışların kəskin azalması mənzillərin ucuzlaşması ilə nəticələnməyib. Qiymətlərin nəinki azalması baş verir, hətta artım da var. Bunun səbəbi yeni tikililərdə qiymətlərin süni artırılmasıdır. Yeni tikililərdə qiymətlər köhnələri də üstələyir. Baxmayaraq ki, yeni mənzillər təmirsiz satılır. Məsələn, "Nərimanov” metrosu ətrafında "Stalin” və ya "Leninqrad” layihəli binalarda 3 otaqlı 75-80 kv metrlik tam təmirli evlərin qiyməti 130-140 min manat arasında dəyişir. Bu, hər kv. metr üçün 1800-2000 manat deməkdir. Həmin ərazidə metro ətrafında yeni tikililərdə təmirsiz mənzillərin hər kv metri 1800-2000 manata, bəzən 2400 manata satılır”.
Ekspertin fikrincə, yeni tikililərdə qiymətlər süni surətdə kəskin artırılır: "Tikinti şirkətlərinin bəzilərində satış qiyməti maya dəyərini hətta 3 dəfəyə qədər üstələyir. 1 kvadrat metr sahənin maya dəyəri 500-600 manata başa gəlir. Şirkətin mənfəətini də nəzərə alsaq, satış qiyməti təxminən 700 manat olmalıdı. Ancaq tikinti şirkəti mənzilin hər kvadrat metrini 2500 manata satır. Tikinti şirkətlərinin süni qiymət artımına əlavə vergi yüklənmələri, korrupsiya elementlərinə səbəb olur. Digər tərəfdən, şirkətlər başladıqları tikintini başa çatdırmaq üçün bir neçə mənbədən maliyyə cəlb etməlidir. Bütün bu amillər qiymətlərin artmasına səbəb olur”.
R.Osmanlı hesab edir ki, hazırda alıcıların böyük hissəsi yeni tikililərə maraq göstərir: "2005-2006-cı illərdə əhalinin böyük hissəsi köhnə tikililərə maraq göstərirdi. "İndi isə yeni tikililərə maraq artıb. Alıcıların 70 faizi yeni tikililərdən ev almaq istəyir. Tikinti şirkətləri isə bu şəraitdən yararlanaraq qiymətləri kəskin artırırlar. Metrostansiyaların açılmağı da qiymətləri artırır. Bakıda əmlak bazarına və mənzillərin qiymətinə təsir edən amillərdən biri də yeni metrostansiyaların işə düşməsidir. Yeni stansiyaların işə düşməsi ilə qiymətlər 15-20 faiz bahalaşır. Əvvəl 50 min manata satılan daşınmaz əmlak, metro açılandan sonra ən azı 60 min manata satılır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət