Vətəndaşların daha çox şikayət etdiyi tikinti şirkətlərinin adları açıqlanıb - SİYAHI
06:10 08.02.2019
Arxiv
691
Ötən il Prezident Administrasiyasına 100-dən çox tikinti şirkətindən şikayətlər daxil olub.
"Sherg.az"ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir" adlı məqaləsində deyilir.
2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət ediblər.
Bunlardan "Hermes-S”, "Murad M.S.”, "İnteks”, "Grand Plaza”, "Elite City”, "N Turan”, "Pearl Construction”, "TFM Smart Project”, "Fədək”, "Sizin mənzil”, "NV Construction”, "Dönüş-1”, "MVVL Verus Praedium”, "Azadlıq Residence”, "Pilot-1", "FVS İnşaat”, "Rahatlığın məkanı”, "Poleks”, "Park Bayil”, "İnşaat Konstruksiyaları", "Draft Construction”, "Qlobal-SF”, "Malibo”, "Avrasiya Construction”, "İnkişaf-S”, "SKY Residence”, "Xəmsə-İnşaat”, "Buta Qroup”, "Cavid 2016”, "Rahat Həyat”, "Qismət-M Construction”, "Archico” MMC-lər, "Sabah Residence”, "Best Construction”, "Regal Residence”, "Orbita”, "Merkuri”, "Pilot İnşaat A”, "Yeni ev-19”, "Məkan”, "EDİF”, "Mahal”, "Teymuroğlu”, "Olympus Park”, "Bəhrə”, "İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub.
Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park”, "AAAF” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.
Məqalədə qeyd olunur: "İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya