Vitse-spiker: “1994-cü ildə olan risklər indi yoxdur”
08:39 31.10.2017
Arxiv
487
Parlamentin bugünkü iclasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Sherg.az bildirir ki, layihə haqqında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov məlumat verib. O qeyd edib ki, 1995-2007-ci illər ərzində layihə üzrə ümumi xərclərin həcmi 43.5 milyard dollar olub: "Azəri- Çıraq-Günəşli” yatağının işlənməsində 5.7 milyard dollara yaxın mənfəəti olub. Azərbaycanın payına 130 milyard dollara yaxın mənfəət nefti şəklində gəlir düşür. Bundan başqa Azərbaycan şirkətləri bu layihədə podratçı kimi fəaliyyət göstərib ki, bunun da həcminin hesablasaq bir neçə milyard dollar edər. Bugünkü sazişin bitməsinə 7 il qalır. Bu müddətdə podratçı tərəflərdən böyük sərmayələrin qoyulmasını tələb etmək mümkün olmaz.
Çünki 7 ilə bu vəsaiti qaytarmaq olmaz. 2019-cu ildən layihənin maliyyələşməsi haqqında qərara verilsə də, ilk neft bu layihə çərçivəsində ilk neft 2023-cü ilin ortalarında çıxarıla bilər. Bu məqsədlə Azərbaycan şirkətləri ilə xarici podratçılar layihənin davam etdirilməsi haqqında razılıq əldə ediblər”. Vitse-spiker söyləyib ki, layihənin yenilənmiş sazişin qüvvəyə minmə tarixindən başlayaraq 2049-cu ilin 31 dekabrınadək davam edəcəyi nəzərdə tutulub: "Yeni saziş tam fərqli şəraitlərdə hazırlanıb. 1994-cü ildə olan risklər indi yoxdur. Bunları nəzərə alaraq Azərbaycan tərəfinin qarşıya qoyduğu bonus ödənişlərin miqdarı müəyyən edilib. Hər il 450 milyon dollar bonus ödəniləcək. Əvvəlki sazişdə olduğu kimi, burada işçilərin 90 faizi, fəhlə heyətinin də 95 faizi Azərbaycan vətəndaşları olmalıdır”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya