Voleybolçu qadınlarımız polşalıları məyus etdi







İlk Avropa Oyunları çərçivəsində Voleybol oyunları üzrə qadınlar arasında A qrupunda yarışan milli yığmamız ikinci oyununa çıxıb. Komandamızın budəfəki rəqibi Polşa komandası olub. Millimiz ardıcıl olaraq birinci və ikinci setdə 28:26 , 25:16 hesabı ilə qalib gəlib. Üçüncü setdə də polyaklara ən azı setin qalibi kimi şans verməyən komandamız Palina Rəhimovanın həll edici zərbəsi ilə 25:23 hesabı ilə oyundan qalib ayrılıb.
Qeyd edək ki, komandamız oyununun nəticəsində 6 xal toplayıb və yer aldığı A qrupunda hələki birinci yerdə qərarlaşıb. Komandamız növbəti oyununu iyunun 17-də İtaliya və iyunun 19-da Türkiyə komandasına qarşı keçirəcək.

Vüqar Şahinoğlu