Vulkanın üzərində restoran qurulub

Ucsuz-bucaqsız torpaqlarda sirrli bir yer! Ancaq hekayəsi daha da təəccüblüdür.
İspanyanın Lanzarote adasında olan "El Diablo” adlı restoran aktiv bir vulkanın üzərində yerləşir. Siz olsaydınız ora gedərdinizmi?
Restoranda yeməkləri bişirmək üçün vulkanın lavalarından restoranın içindəki xüsusi hissələrə çatan istilikdən faydalanırlar. Barbekü sevərlərə, İspaniyada Lanzarotedə olan qeyri-adi restoran-El Diablo, aktiv bir vulkanın üzərində qızartma kefi təqdim edir. Vulkanın partlaması və ya lavalarını püskürməsi söz mövzusu belə deyil. Yəni belə bir təhlükə yoxdur. 1970-ci ildən bəri işlədilən restoran, müxtəlif ölkələrin mətbəxindən yeməklər təqdim edir.