"Vulqar ifadələr var idi…" - MTRŞ-dən "Maşın" şou açıqlaması




"Maşın" realiti şousu efirə yayımlanan ilk gündən qalmaqalları, müzakirələri ilə gündəmi zəbt edib.

Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, iştirakçıların proqramda qeyri-etik ifadələrdən, təhqirlərdən istifadə etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tez müzakirələrə səbəb olub.

Onlar tanınmışların vulqar danışmasını, əsəbilərini cilovlaya bilmədiklərini xüsusi qeyd edərək ulduzları tənqid atəşinə tutublar.

Buna Səidə Sultan- Pərvin Abıyeva, Təranə Qumral, Sərxan Kərəmoğlu, Kənan Mahmudov-Nadir Qafarzadə qalmaqallarını misal çəkə bilərik.