“What’s app”da koronavirusla bağlı yalan məlumat yayan qadın həbs edildi
11:23 26.03.2020
Arxiv
655
“What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan "Sherg.az"a verilən məlumata görə, sözügedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.
Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.
Aparılmış araşdırmalarla E. Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində inzibati həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya