Xaçmazda 58 yaşlı kişi göldə boğularaq öldü




Xaçmazda 58 yaşlı kişi göldə boğularaq ölüb.

Oxu.Az-ın şimal bölgəsi müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndində baş verib.

Ölən şəxs Qubanın Küpçalqışlaq kənd sakini Ərəbov İlham Mayıl oğludur.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.