Xalq artisti İlhamə Quliyeva dəfn olunub
15:22 26.02.2016
Arxiv
1352
Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva dəfn olunub.
APA-nın məlumatına görə, xalq artisti II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində rəsmi şəxslər, İ. Quliyevanın sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
saat 14.16
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.
APA-nın xəbərinə görə, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, millət vəkili, xalq artisti Zeynəb Xanlarova, millət vəkili Elmira Axundova, xalq artistləri Yalçın Rzazadə, Canəli Əkbərov, Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva, Niyaməddin Musayev və digər şəxslər iştirak edib.
Vida mərasimində İlhamə Quliyevanın mahnıları səsləndirilib.
Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev İlhamə Quliyevanın həyat və yaradıcılığı haqında məlumat verib. Nazir onun ölümünün Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu deyib: "İlhamə Quliyeva Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı idi. İlhamə xanım iyirmidən artıq ölkədə Azərbaycan musiqisini şərəflə təbliğ edib. İlhamə Quliyevanın xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.
Mərasimdə xalq artistləri Yalçın Rzazadə, Natəvan Şeyxova, Canəli Əkbərov, bəstəkar Faiq Sücəddinov da çıxış edib.
Çıxışlardan sonra vida mərasimi başa çatıb, mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana yola salınıb.
Qeyd edək ki, İlhamə Quliyeva dünən səhər saatlarında evində vəfat edib.
***
saat 12:03
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkili, xalq artisti Zeynəb Xanlarova, millət vəkili Elmira Axundova, xalq artistləri Yalçın Rzazadə, Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva, Niyaməddin Musayev və digər şəxslər iştirak edir.
Vida mərasimində İlhamə Quliyevanın mahnıları səsləndirilir.
Qeyd edək ki, İlhamə Quliyeva dünən səhər saatlarında evində vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual