Xalq artisti intihar edən musiqiçisindən danışdı: "Maddi problemləri varmış"
11:12 15.03.2018
Arxiv
1591
"Pircanı 1993-cü ildən tanıyıram, tələbə yoldaşı olmuşuq. Həmçinin son 15 ildə musiqiçim olub. Yaxşı inasan və gözəl musiqiçiydi".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova ötən gün intihar etmiş tanınmış musiqiçi Pircan Həsənovla bağlı danışarkən səsləndirib. Xalq artisti bildirib ki, musiqiçinin maddi problemlərə görə intihar etməsi barədə eşidib:
"Vəfatına çox üzüldüm. Eşitdiyimə görə maddi problemləri varmış. Amma dəqiq olub-olmadığını deyə bilmərəm. Hazırda atamın cümə axşamı mərasimi olduğu üçün hələ Pircanın hüzr mərasimində iştirak etməmişəm".
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Həsənov Fircan Nurməmməd iki gün öncə 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə sirkə turşusu zəhərlənməsi ilə daxil olub.
Müayinələr zamanı məlum olub ki, F.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal rayon prokuroluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda 43 yaşlı kişinin intihar etməsinin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə