Xalq artistinin həyat yoldaşı dünyasını dəyişdi

Aktyorun həyat yoldaşı Zöhrə Kərimova uzun müddət xəstlikdən əziyyət çəkirdi



Azərbaycanın xalq artisti Valeh Kərimova ağır itki üz verib. Onun həyat yoldaşı Zöhrə Kərimova dünyasını dəyişib. Xalq artisti ANS PRESS-ə açıqlamasında həyat yoldaşının uzun müddət xəstə olduğunu bildirib.

"Yoldaşım xəstə idi. Bir ay idi yatırdı” - deyə Valeh Kərimov bildirib. Xalq artisti yerli mətbuatda həyat yoldaşının bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi haqda yayılan yanlış məlumatlardan da gileylənib: "Hər şey yazırlar, ağıllarına nə gəldi onu da yazırlar. Şou etmək istəyirlər. Mən şouluq adamam?! Məni meymun etmək istəyirlər. Həyat yoldaşım yıxılmışdı bir müddət əvvəl, zəiflədi, daha sonra rəhmətə getdi. Vəssalamda! Bunu niyə şou edib. Bədbaxt hadisə kimi yazırsız?! Burda nə böyük bir şey var. Mən onsuzda onları oxuyan deyiləm”.

Zöhrə Kərimovanın 60 yaşı var idi. Zöhrə və Valeh Kərimovlar 40 il evli olublar.

Bir müddət əvvəl Azərbaycanın xalq artisti, "Bəxt üzüyü" filmindən hamının Moşu obrazı ilə tanıdığı Valeh Kərimovun qardaşı Sabir Kərimov rəhmətə edib.