"Xarici qrantlarla bağlı qəbul edilən qayda özünü doğrultmur" - İNSTİTUT DİREKTORU
09:28 28.12.2016
Arxiv
390
"Bu gün elmdə əsas problemlərdən biri çöl-tədqiqat işlərinin aparılması, digəri isə beynəlxalq, xarici qrant layihələrin ilə bağlıdır”. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib ki, Nazirlər Kabineti çöl-tədqiqat, ekspedisiya işləri üçün ödənişlər haqqında yeni qaydalar hazırlayıb.
Onun sözlərinə görə, təsdiq olunmuş yeni qaydalara əsasən, çöldə tədqiqat işlərini aparmaq üçün elmi işçiyə 10 manat pul verilir: "Əlavə maşın tutulubsa, sürücüyə yanacağı da özündən olmaq şərti ilə yenidən 10 manat verilir. Bu gün kim 10 manata bütün günü çöldə işləyər? Hansı sürücü öz maşını və yanacağı ilə birlikdə bütün gününü çöl işlərinə sərf edər? Gələcəkdə bu sahədə işlərin uğurlu olması üçün maliyyə məsələlərinə yenidən baxılmalıdır. Bununla bağlı müvafiq təkliflər edərək dəyişikliklərin edilməsinə ehtiyac var”.
R.Məmmədov vurğulayıb ki, bu gün xarici qrantların alınması ilə bağlı da müəyyən problemlər var. Onun sözlərinə görə, qalib gələn alim xarici qrant hesabında olan maliyyəni ala bilmir: "Nazirlər Kabineti yeni qayda qoyub ki, Nazirlər Kabinetində qeydiyyatdan keçilməlidir, icazə alınmalıdır, yalnız bundan sonra fəaliyyətə başlamaq olar. Elmdə belə tabuların qoyulması məntiqi baxımından özünü doğrultmur. Ona görə elm üçün qadağaların götürülməsi məqsədilə müvafiq qurumlara müraciət etmək olar. Belə qadağanın olması məni də soyudur. Çünki bilirəm ki, təkliflə çıxış etsəm də, qalib olsam da, sonda maliyyəni ala bilməyəcəyəm. Belə çətinliklər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm