Xəbərdarlıqla deputatı qorxutmaq olmaz
20:00 29.06.2017
Arxiv
287
Zahid Oruc: “Fərqli düşünən insanlar təzyiq və sanksiyalara məruz qalmamalı, mandatlarının ləğvi ilə hədələnməməlidir”
Sabah Milli Məclisin sonuncu növbədənkənar iclası keçiriləcək. Bununla da 2017-ci ilin yaz sessiyası ərzində parlamentin 13-cü plenar iclası baş tutacaq. Sabahkı iclasda müzakirəsi gözlənilən olan məsələlərdən biri də deputatların etik davranışı ilə bağlı olan qanun layihəsidir.
Uzun zamandır müzakirəsi gözlənilən bu qanun layihəsində öz əksini tapan bir sıra maddələr millət vəkilləri tərəfindən narazılıqla qarşılanıb.
Qeyd edək ki, qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanır və sənədin əsas müəllifləri adıçəkilən komitənin sədri Əli Hüseynli və komitə üzvü Vüsal Hüseynovdur.
Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq. Deputatların fəaliyyətinə nəzarət edəcək bu qanun layihəsi 2016-cı ilin 26 sentyabrında qəbul olunmuş Referendum Aktı ilə Konstitusiya dəyişikliyinə uyğun hazırlanır. Referendumda Konstitusiyaya edilən dəyişikliklərdən biri də deputatların etik davranış qaydaları ilə bağlı olub.
Bu dəyişiklikdən sonra deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda onun mandatdan məhrum edilməsi nəzərdə tutulur.
Deputatların etik davranış qaydalarını tənzimləyəcək yeni qanun layihəsində millət vəkillərinin fəaliyyətinə xitam verilməsi mexanizmi də öz əksini tapıb.
Hakimiyyət qollarının müxtəlif sahələrində çalışan insanların fəaliyyətinin hansısa kodekslərə tabe edilməsi təcrübəsinin bütün dünya praktikasında geniş yayıldığını vurğulayan millət vəkili Zahid Oruc hesab edir ki, bütün bunlar fonunda davranış qaydaları haqqındakı kodeks parlamentariləri dahamı mədəni edəcək, bax bu, sual altındadır:
"Əsas məqsəd parlament tribunasını yararlı etmək və xalq üçün çalışmasına nail olmaq, deputatların qanunlar çərçivəsində fəaliyyətini təmin etmək, dövlət maraqlarını üstün tutmaqla seçicilərinin ayağına getmələrini vacib bilməkdən ibarətdir. Bütün bu sadaladıqlarımı özündə cəmləşdirən insan nümunəvi millət vəkili obrazıdır. Sual doğuran isə odur ki, bütün bunları sadəcə bir qanunun köməyi ilə əldə etmək mümkündürmü? Axı hüquqi aktlar sadəcə normalar toplusudur. İnsanlar isə öz fəaliyyətlərini əksər zamanlarda öz prinsipləri əsasında qururlar”.
Z.Oruc deyib ki, qanun layihəsinin ilkin müzakirəsi zamanı edilən narazılıqlar heç də bu kodeksin qəbuluna qarşı çıxmaq kimi dəyərləndirilməməlidir:
"Paralel olaraq daxili nizamnaməyə dəyişiklik ediləcəyi gözlənilir ki, 3 dəfə edilən xəbərdarlıqdan sonra deputatın mandatı ləğv oluna bilər. Bu isə Milli Məclis üzvlərinin səlahiyyətlərini mənimsəmək kimi qəbul olunur. Ağır cinayət törətmiş bir şəxs ancaq prokurorluğun təqdimatı və parlamentdə məsələyə baxıldıqdan sonra mühakimə olunur, ancaq yüngül bir inzibati xəta törədən deputatın mandatı ləğv edilir.
Odur ki, yaxın günlərdə "Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin lehinə səs verənlər avtomatik olaraq gələcəkdə özlərinin mandatdan ləğv olunma ehtimalına səs vermiş olacaq. Düşünürəm ki, qanun layihəsinin əleyhinə çıxanları etikasızlıqda günahlandırmaq da doğru yanaşma deyil. Parlament diskussiya meydanıdır, heç bir halda fərqli düşünən insanlar təzyiq və sanksiyalara məruz qalmamalı, mandatlarının ləğvi ilə hədələnməməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya