Xərçəng, diyabet, təzyiq... Soğan qabığının inanılmaz faydaları var





Soğanları soyub qabıqlarını zibilliyəmi atırsınız? Bu xəbəri oxuduqdan sonra soğan qabıqlarını əsla zibilə atmayacaqsınız.
Avropada hər il 500 tona yaxın soğan qabığı zibilliyə atılır. Ancaq soğan qabıqlarının faydalarını öyrəndikdən sonra bu nisbət artıq dəyişib və soğan qabıqları atılmır. 
Budur soğan qabıqlarının daha əvvəl heç eşitmədiyiniz faydaları…

Ürək damar xəstəliklərindən qoruyar

Aparılan araşdırmalar soğan qabıqlarının antioksidan mənbəyi olduğunu ortaya çıxarıb. Qan axınını sürətləndirərək ürək damar xəstəliklərinə tutulma riskini ortadan qaldırır.

Xolesterolu tarazlayır

Dr. Victor Gurewich deyir ki, çiy soğanın və soğan qabıqlarının müxtəlif şəkillərdə istehlak edilməsi, yüksək sıxlıqda olan yağ zülalını çıxarmağa yardımçı olur və xolesterolu zərərsizləşdirir. Təcrübəyə qatılan və soğan qabığı istehlak edən kəslərin 30 faizində xolesterolun tarazlandığı ortaya çıxmışdır.

Təzyiqi qaydasına salır

Araşdırmalarda soğan qabığının tərkibindəki mineralların təzyiqə qarşı yaxşı gəldiyi və təzyiq xəstələrini müalicə etdiyi ortaya çıxıb.

Xərçəng və diyabeti əngəlləyir

Araşdırmaçı Vanesa Benitez xərçəngi, diyabet narahatlıqlara soğan qabığı ilə maneə törədildiyini ortaya qoyub.

Saç çıxmasına kömək edir

Soğan qabığı saç köklərini gücləndirir və saçların uzanmasını sürətləndirir.

Soğan qabığı necə istehlak edilməli?

Ayırdığınız soğan qabıqlarını soyuq suda yaxşıca yuyub, təmizləyin. Daha sonra qaynamış suyun içərisinə ataraq 5 dəqiqə qaynadın. Daha sonra suyunu için. Ayrıca soğan qabıqlarını yeməklərinizə və ya salatlarınıza da əlavə edə bilərsiniz.