Xəstəxanada qayınanasını amansızlıqla öldürdü - AİLƏ DRAMI QANLI BİTDİ
07:44 28.12.2016
Arxiv
823
Dünən Bakıda xəstəxanalardan birində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsindəki vərəm dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qayınanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qayınanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Araşdırmalar zamanı məlum olub ki, E.Hüseynovun ailəsində həyat yoldaşı ilə ciddi problemləri olub. Qadın işsiz olan, arabir fəhləlik edən E.Hüseynovdan boşanmaqla bağlı Xəzər rayon Məhkəməsinə müraciət edibmiş və onlar boşanma ərəfəsində imiş. Lakin 24 yaşlı Elçin ailəsinin dağılmamasını istəyib və baş verənlərdə qayınanasını günahlandırıb. O, dünən də xəstəxanada qayınanasını onun ailə işlərinə müdaxilə etməkdə, evini dağıtmaqda günahlandırıb və məlum cinayəti törədib.
Qeyd edək ki, ailənin körpə uşağı var.
*****
8:54
Bakıda qətl törədilib.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verib.
Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.
İlkin məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib.
E. Hüseynov dispanserə gələrək, F. Mürsəlovadan qızını geri göndərməsini tələb edib.
F. Mürsəlova isə E. Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.
E. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq ged
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm