Xəstəxanadan yaxa-paça çıxarıldı

Özünü yatağa kilidləməsinin də bir xeyri olmadı
Çində 55 yaşlı Chen soyadlı bir nəfər 2011-ci ildə bir yol qəzası keçirdi. Müalicə olunan adam xəstəxanadan buraxıldı, ancaq iki ay sonra ağrıları olduğunu ifadə edərək xəstəxanaya geri döndü. Bundan üç ay sonra ona yaxşılaşdığı ifadə edilərək artıq evinə gedə biləcəyi deyildi. Ancaq işlər bu nöqtədən sonra qəribə bir hal aldı. ..Chen, hələ də xəstə olduğunu və xəstəxanada qalacağını bildirərək evə getməkdən imtina etdi. İnadçı adam bu hadisədən təxminən üç il sonra  2015-ci il 10 fevral günü məhkəmənin qərarı ilə xəstəxanada yaxa-paça çıxarıldı. 55 yaşlı adamın ayrılmamaq üçün özünü xəstəxana yatağına kilidləməsi də ona kömək olmadı. Chenin xəstəxanadan atılma anı obyektivlərdə belə əks olundu...