Xetaq Qazyumov finalda...



Sərbəst güləş üzrə 97 kq çəkidə güləşən Xetaq Qazyumov finala vəsiqə qazanıb. Sherg.az-ın məlumatına görə, təmsilçimiz yarımfinal qarşılaşmasında rusiyalı Abdusalam Qadisova 3-1 xal hesabı qalib gəlib. Qeyd edək ki, X. Qazimov ilk mərhəldə polşalı Radoslav Baranla qüvvəsini sınayıb. Güləşçimiz 10:0 xal hesabı ilə qələbə qazanaraq görüşü vaxtından əvvəl başa vurub. Pəhləvanımız 1/ 8 final mərhələsində moldovalı Nicolai Cebanı 4-0 xal hesabı ilə yenib. O, 1/4 final mərhələsində belarusyalı İbrahim Sauidini 3-1 xal hesabı ilə yenərək, yarımfinala yüksəlib.

Ayyət