XİN başçısı: "Azərbaycanın Sərsəng su anbarının işğal altında saxlanılması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir"
15:09 29.11.2018
Arxiv
503
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb.
Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Həmsöhbətlər Azərbaycanla UNECE arasında təşəkkül tapan ənənəvi əlaqələri məmnuniyyətlə qeyd ediblər. O.Alqayerova səfər çərçivəsində təmsil etdiyi qurum ilə Azərbaycan hökuməti arasında BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi üzrə Birgə Bəyanatın imzalanmasını təqdirəlayiq hal kimi göstərərək Azərbaycanın BMT orqanları sistemində, o cümlədən UNECE-də təşəbbüskar mövqeyi ilə seçildiyini, qurumun fəaliyyətinə mühüm töhfə verdiyini yüksək dəyərləndirib. O, Bakıya hazırkı səfəri çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri ilə görüşün təşkilini bu istiqamətdə atılan səmərəli praktiki addım kimi səciyyəndirib.
Nazir E.Məmmədyarov Avropada iqtisadi inkişaf meyllərinin izlənilməsi və onun təmin edilməsi məqsədilə UNECE çərçivəsində intensiv siyasi dialoq və səmərəli təcrübə mübadiləsi mexanizmlərinin vacib rol oynadığını qeyd edib. Bu xüsusda o, ölkədə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb.
Xalqın rifahı naminə Azərbaycanın zəngin potensialından daha da səmərəli istifadə edilməsi məqsədilə, regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən E.Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin ümdə əhəmiyyətindən bəhs edbi.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan XİN başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun, o cümlədən Sərsənq su anbarının işğal altında saxlanılmasının regional sülh və təhlükəsizlik, habelə ekoloji vəziyyət üçün ciddi təhdid olmaqla bərabər, Cənubi Qafqaz bölgəsi və daha geniş Avropa məkanında hərtərəfli əməkdaşlığa əngəl törətdiyini qeyd edib.
Tərəflər Azərbaycanla UNECE arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyindən əminlik ifadə edərək ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yeri, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya