XİN-dən alman deputatın Azərbaycana girişinə qadağa qoyulmasına REAKSİYA
09:37 21.08.2018
Arxiv
678
Almaniya Bundestaqının deputatı Albert Vayler 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və ona görə də həmin dövrdən etibarən onun adı "arzuolunmaz şəxslər" siyahısına daxil edilib.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetinin alman deputata Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yaydığı məlumatlara münasibət bildirərkən deyib.
H.Hacıyev bildirib: "Bəzi xarici kütləvi informasiya vasitələrində qeyd olunur ki, onun adı sanki indi həmin siyahıya salınıb. Bu məlumat düzgün deyil, yəni onun adı artıq 2014-cü ildən "arzuolunmaz şəxslər" siyahısındadır. Həmin insan qanunsuz olaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.
Ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət edilməsi mütləq şəkildə vacibdir və bu əsnada da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin qanunlarının pozulması halıdır".
XİN rəsmisinin sözlərinə görə, bununla belə, Azərbaycanın məsələdə mövqeyi konstruktiv xarakter daşıyır, belə ki, bilavasitə Azərbaycana qarşı fəaliyyət aparmayan şəxslər bu kimi səfərlərdən sonra üzrxahlıq məktubları ilə müraciət etdikləri təqdirdə və Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmət etdiklərini ifadə etdikləri halda onların adlarının siyahıdan çıxarılması kimi hallara baxıla bilər və belə bir təcrübə var:
"Həmin şəxs tərəfindən də müraciət olunarsa, bu kimi hala baxa bilərik, amma hazırda onun tərəfindən bizə belə bir müraciət daxil olmayıb. Ona görə də onun Azərbaycan Respublikası ərazisinə daxil olmasına qadağa mövcuddur".
Qeyd edək ki, "Bild” nəşrinin məlumatına görə, Almaniya kansleri Angela Merkelin "Xristian-Demokrat ittifaqı” partiyasının deputatı Albert Vaylerin Azərbaycanın qara siyahısında olduğu üçün ölkəyə səfəri qadağan olub.
Almaniya tərəfi deputatın bölgəyə səyahəti üçün Azərbaycan hökuməti ilə danışıqlar aparsa da, rəsmi Bakı qətiyyət göstərərək razılıq verməyib.
Albert Vaylerin cənubi Qafqaz ölkələrinə səfəri zamanı kansler Angela Merkeli müşayiət edəcəyi bildirilirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya