Xırdalandakı atışma ilə bağlı YENİ XƏBƏR




Bu gecə Xırdalan şəhəri 28-ci məhəllədə - bazarın yaxınlığında baş vermiş atışma zamanı 3 güllə yarası almış 32 yaşlı Paşayev Xəyal Oqtay oğlu əməliyyat olunub. Lent.az xəbər verir ki, 1 saylı şəhər xəstəxanasına yerləşdirilən şəxsin bədənində 3 güllə yarası aşkarlanıb. Güllələrdən heç biri onun bədənində qalmayıb. Belə ki, güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib. Səhər saatlarında palataya keçirilən X.Paşayev polis nəzarətindədir.

Məlum atışma vaxtı 47 yaşlı Valeh Nəcəfov başından güllə yarası alıb və hadisə yerindəcə keçinib.
Faktla bağlı əməliyyat qrupu yaradılıb, axtarışlar aparılır.

*****
01:33
Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.
"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.
İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Xəyal Paşayev adlı digər şəxs isə odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Hadisə yerindən maddi sübut kimi bir ədəd "Makarov" tipli tapança götürülüb.