Yağış, 28 dərəcə isti - SABAH




İyunun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 15-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyunun 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.