Yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub

Quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Mahir İmanovdur



Şirvan şəhərində yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub.
Şirvan şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 1 May küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs, orada operator işləyən Elvin Əhmədovu döyərək kassadakı 500 manatı götürüb, hadisə yerini tərk edib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir İmanov tutulub.
Araşdırma zamanı onun daha bir neçə cinayəti orta çıxıb.