Yanğın gecə olmayıb ki, gündüz baş verib
20:39 04.07.2016
Arxiv
402
“Belə bir məqamda istintaqın məsələni araşdırması və həqiqəti ortaya çıxarması çətin məsələ deyil”
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunun yaşayış binasında baş vermiş yanğınla bağlı növbəti iclas keçirilib. Prosesdə vəsatətlərlə çıxış edən vəkil İlhamə Həsənova istintaqın düzgün aparılmadığını iddia edib. O bildirib ki, binanın üzlənməsi barədə sifariş Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilib:
"Yanan binanın üzləndiyi materialdan bütün dünyada istifadə olunur. Onu bizim müdafiə etdiyimiz şəxslər kəşf etməyib. Həmin üzlüklər çətin yanan materialdır. Qazaxıstanda da ekspertiza keçirmişik və bunun şahidi olmuşuq. Amma Binəqədidəki bina 27 saniyə içərisində yanıb. Görünür, kimsə müdaxilə edib. Bu məsələ dəqiq araşdırılmalıdır”. Təqsirləndirilən şəxs də çıxış edərək bildirib ki, öz yaşadığı evi, ofisini həmin materialla üzləyib. Vəkilin iddiasını "Şərq”ə şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altayın sözlərinə görə, hadisənin nə zaman, necə baş verdiyini yüzlərlə insan görüb və yanğın başladığı andan etibarən videolentə alınıb: "Binanın yanmasına səbəb olan materialların, faktların hamısı istintaqın əlindədir. Belə bir məqamda istintaqın məsələni araşdırması və həqiqəti ortaya çıxarması çətin məsələ deyil. Əgər yanğın gecə baş versəydi, o zaman çətinlik və qeyri-dəqiqlik olardı. Məsələn, heç kimin görmədiyi və gecə vaxtı baş verən bir qətlin üstü çox gec açılır. Çünki cinayətin araşdırılması uzun vaxt tələb edir. Amma Binəqədidəki bina gündüz vaxtı alışıb
və yanğına nəyin səbəb olduğu bəlli olub. Anlayırıq ki, vəkilin işi təqsirləndirilən şəxsi müdafiə etməkdir. Müdafiə zamanı vəkil saman çöpündən də yapışaraq ittiham olunanı təmizə çıxartmağa çalışır. Lakin işə məntiqlə yanaşmaq lazımdır”. Ekspertin sözlərinə görə, "kimsə təxribat törədib, bilərəkdən üzlüyə od vurub” iddiası ilə hardasa razılaşmamaq olar. Lakin məsələ burasındadır ki, o boyda binanın bir neçə dəqiqəyə yanıb kül olmasına tez alışan üzlüklər səbəb olub: "Təxribatçı binanın hər yerinə benzin töküb yandırmayıb ki?! Neftdən hazırlanmış və yanmağa meyilli olan materialları binaya vuran şəxslər təxribatçıya şərait yaradıb. Bir kriminalist kimi vəkilin iddiası ilə razılaşmıram. Yanğınsöndürənlər hadisə yerinə vaxtında gəliblər. Sadəcə bina sürətlə alışdığına görə qarşısını almaq mümkün olmayıb. Son olaraq deyim ki, yaşayış binalarına bu cür sintetik üzlüklərin vurulması elə əvvəlcədən düşünülmüş cinayətdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol