Yanğın söndürüldü, 10 mərtəbənin alkapon üzlüyü yanıb
11:18 22.02.2014
Arxiv
835
Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.
Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: "Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.
Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.
***
Paytaxtın Üzeyir Hacıbəyli küçəsi 77/89 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında başlayan yanğınla əlaqədar hadisə yerinə 2 təcili tibbi yardım maşını göndərilib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, 16 mərtəbəli yaşayış binasında yanğının binanın 4-cü mərtəbəsindən başladığı bildirilir.
***
14:43
Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binada yaşayan sakinlər artıq evakuasiya ediliblər.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.
Yanğın binanın 4-5-6-cı mərtəbələrini əhatə edib.
Hadisə yerində FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının başvermə səbəbi bəlli deyil.
Yanğın baş vermiş ərazidə nəqliyyatın hərəkəti tam bərpa edilib.
***
14:18
"Bakı" univermağının yanında yaşayış binasında güclü yanğın başlayıb. Musavat.com-un hadisə yerindən verdiyi məlumata görə, yanğın şiddətlidir.
Artıq FHN-nin yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir və alovu ram etməyə çalışırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi