YAP rəhbərliyi özünü yandıran Qarabağ əlilinə baş çəkib
12:21 27.12.2013
Arxiv
696
Millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı bu gün Zaur Həsənovu ziyarət ediblər
İcmal Milli Məclisin üzvləri Bakının mərkəzində özünü yandıran Qarabağ əlilinə baş çəkiblər.
APA-nın xəstəxanada olan əməkdaşını verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı bu gün Zaur Həsənova baş çəkiblər. Yaralının vəziyyəti ilə maraqlanan deputatlar xəstəni ziyarət etməyə gələn digər əlillərlə də görüşərək məsələ ilə yaxından tanış olublar.
S.Novruzov APA-ya açıqlamasında bildirib ki, xəstənin vəziyyəti tam nəzarət altındadır: "Yaralıya nə lazımdırsa, olunur. Xəstə sağalandan sonra onun məsələsinə hüquqi qaydada baxılacaq”.
Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya