Yaponlar çox da bəxtəvər deyillər - FOTOLAR

Bu ölkədə ölümlərin çoxu məhz iş başında reallaşır
İş fərasətlərini yaxşıca şişirdən Yaponiya, kənardan şahanə bir sistem kimi görünsə də, içəridə qorxunc bir dünya var. Yaponiya dünyanın ən çox çalışan ölkəsidir. Ancaq bu ölkədə ölümlərin çoxu məhz iş başında reallaşır. Budur, o ölkənin küçələrində işdən kənar görüntülər...
Yeməyib, içməyib çalışan və əksəriyyəti də yuxularından və xüsusi həyatlarından fədakarlıq edən yaponlar, uzanan, uzadılan tətillərin çoxundan məhrumdur.
Vəziyyət belə olduğundan yuxularını səhərin ilk saatlarında sonlandırıb yollara düşmək onlar üçün sıravi bir ritualdır.
Basa-bas metrolardakı yorğun baxışlar fotolarda əks olunur. Yaponiya, dünyada iş saatlarının ən uzun olduğu ölkələrdən biridir. Ölkədə son illərdə işə bağlı ölüm hadisələrində də artım var. 2017-ci ilin sonunda yaponlar, iş saatlarıyla əlaqədar hökuməti tənzimləmə ilə bağlı addımlar atmağa çağırış etmişdi.