Yaralı zabit türk baş nazirlə görüş təəssüratlarından danışıb: “Mənə can yanğısı ilə... ”
07:28 19.03.2018
Arxiv
634
"Türkiyənin baş naziri Binəli Yıldırımın ətrafında olan bəzi rəsmilər Afrin əməliyyatları ilə bağlı müraciətimizi izləyib”.
Bunu "Sherg.az”a Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşündən danışarkən döyüş tapşırığını yerinə yetirən zaman sol gözü və sağ ayağını itirən kəşfiyyatçı baş lentenant Kamil Musəvi deyib.
O qeyd edib ki, baş nazirə məlum videoçarx haqqında məlumat verildikdə, o xəbərdar olduğunu deyib:
"Binəli Yıldırım görüşdə də bu barədə xatırlatma etdi. Baş nazirlə görüşümüzdə həqiqətən səmimi və xoş münasibətin şahidi oldum. O insanda sadəlik, vətənpərvərlik hisslərinin güclü olduğunu duydum. Söhbətimiz əsnasında Qarabağda yaralandığımı da onun diqqətinə çatdırdım. B. Yıldırım Afrinə getmək istəyib-istəmədiyimi soruşdu. Cavabım isə "Türk olan Afrinə getməyi necə istəməz” oldu. Bu fikrimin də onun ürəyincə olduğunu hiss etdim”.
K. Musavi sosial şəbəkələrdə, mətbuatda olduqca yüksək qarşılanan videosuna ölkəmizdə göstərilən diqqətə də toxunub. O vurğulayıb ki, cəmiyyətimizdə də belə vətənpərvər addımlara rəğbət göstərilməsini arzulayır:
"Adi dəstək videosuna belə türk milləti bu qədər içdən yanaşırsa, bu millət yenilməz. "canımın qalan yarı hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram” fikrim türklərə o qədər təsir etmişdi ki, mənə can yanğısı ilə yazırdılar.
Azərbaycanda vətənpərvərlik, belə addımlara diqqət Türkiyədəki qədər deyil. Amma çox istərdim ki, bizim məmurlarımız da vətən üçün canını fəda edən insanlara, qazilərə, şəhidlərə yüksək ehtiram göstərsinlər. Düzdür, bu məsələyə həddindən artıq həssas yanaşan, qazilərə, şəhid ailələrinə qayğı göstərən vəzifəlilər də var. Daha da çox olmasını istəyərdim.
Türklərin bir vətən oğluna o qədər diqqətlə yanaşması bu millətin, bu xalqın daim ayaqda durması deməkdir. Bu addımlardan, bu vətənpərvərlikdən ibrət almalıyıq, nümunə götürməliyik”.
Qeyd edək ki, 6-cı Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana gələn baş nazirlə qazi Kamil Musavi arasında səmimi söhbət olub.
B.Yıldırım Qarabağ müharibəsində ayağını və gözünü necə itirdiyini izah edən Musaviyə əzmindən və iddiasından heç bir şey itirmədiyini söyləyib. Qazinin "ayaqsız və gözsüz yaşamaq mümkün olsa da, vətənsiz yaşamaq mümkün deyil" sözləri naziri duyğulandırıb.
Görüşdən sonra baş nazir qazi Musaviyə Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu lövhə və öz təsbehini hədiyyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya