Yararsız kolbasa və sosiska məhsulları aşkar edildi
14:09 09.06.2021
Arxiv
564
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirir.
AQTA-dan "Report"a bildirilib ki, Agentlik və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Siyəzən rayonu, Zarat postunda Şükürov Elvin Cavanşir oğlunun idarə etdiyi 99-OU-149 dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı avtomobilin yükdaşıma sahəsinə baxış keçirilib.
Yoxlama zamanı “Aymin” və “Flaqman” MMC-yə məxsus, orqanoleptik göstəricilərində uyğunsuzluq əlamətləri müşahidə olunan istehlaka yararsız, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan müxtəlif növ kolbasa və sosiska məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa və sosiska məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou