Xaricdə və ölkəmizdə təşkil olunan yarmarkaların müqayisəsini aparan ekspert onu da qeyd edib ki, Avropada belə yarmarkalar həftədə bir dəfə keçirilir:
"Yarmarkalarda qiymət marketlərdən10 faiz bahadır, çünki... " - AÇIQLAMA
15:08 13.03.2018
Arxiv
3416
"Fuad İbrahimov: "...Azərbaycanda fermer yarmarkalara birbaşa çıxa bilmir""Yarmarkalara çıxan adamlar onların heç təmsilçiləri də deyil. Vəziyyətdən istifadə edib ortalıqda pul qazanan iştirakçılardır"
Xaricdə və ölkəmizdə təşkil olunan yarmarkaların müqayisəsini aparan ekspert onu da qeyd edib ki, Avropada belə yarmarkalar həftədə bir dəfə keçirilir:
"Qiymətə təsir edən qüvvələr onlardır. Hətta yarmarkalara çıxarılan məhsul marketlərdəki məhsullardan bahadır"
"Paytaxt Bakıda təşkil olunan yarmarkalarda istehsalçılar öz məhsulunu birbaşa istehlakçıya təqdim edə bilmir”
Bu sözləri "Sherg.az”a iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
Onun qənaətincə, yarmarkaların yaradılması üçün bəzi şərtlər mövcuddur:
"Əmtəə bazarında yarmarkaların təşkili ilə bağlı konkret leksiyalar deyilir. Bu, elmi cəhətdən işıqlandırılmış bir işdir. Bazar münasibətləri şəraitində yaşayırıqsa, yarmarkaların keçirilməsi vacibdir. Yarmarkalar olmalıdır. Buna hər cür şərait yaradılmalıdır. Bu məqsədlə də yarmarkaların təşkilinin qarşısında bir sıra məqamlar qoyulur. Yarmarkalar təyinatlı olmalıdır. Azərbaycanda yarmarkaların təşkilinin məqsədi o olmalıdır ki, bazarda kefiyyətli məhsul çatışmazlığı aradan qalxsın. Və ayrı-ayrı iri market şəbəkələri ilə nisbətdə qiymət fərqi əmələ gəlsin. Yəni pərakəndə satış obyektlərinin, iri marketlərin, topdansatış mərkəzlərinin qiyməti ilə yarmarkaların qiyməti fərqlənməlidir. Burada da məqsədi odur ki, istehsalçı yarmarkada öz məhsulunu birbaşa istehlakçıya təklif etsin. Fermer istehlakçı ilə əlaqəyə girə bilməlidir".
Xaricdə və ölkəmizdə təşkil olunan yarmarkaların müqayisəsini aparan ekspert onu da qeyd edib ki, Avropada belə yarmarkalar həftədə bir dəfə keçirilir:"Bu zaman da kənd təsərüfatı məhsullarının istehsalçıları ilə istehlakçıları birbaşa əlaqəyə girir. Fermerlər öz məhsullarının satışını həyata keçirirlər. Beləliklə də yarmarkalarda qiymət fərqi nəzərə çarpır. Bizdə bu məsələ çox fərqlidir. Ona görə ki, birincisi bizdə kəndli, fermer, istehsalçı yarmarkalara birbaşa çıxa bilmir. Yarmarkalara çıxan adamlar onların heç təmsilçiləri də deyil. Sadəcə bu vəziyyətdən istifadə edib ortalıqda pul qazanan iştirakçılardır. Qiymətə təsir edən qüvvələr onlardır. Hətta yarmarkalara çıxarılan məhsul marketlərdəki məhsullardan bahadır. Bəzi iri marketlərmizdə məhsulları yarmarkalara nisbətən 10 faiz ucuz qiymətə əldə etmək olur”.
Qoz ləpəsinin qiymətindəki artıma gəlincə, F.İbrahimli diqqətə çatdırıb ki, bu qanımıza işləmiş bir məqamdır:
"Bilirsiniz ki, Novruz bayramının gəlməsi ilə əlaqədar qoz ləpəsi və digər çərəzlərə təlabat artır. Bu məqsədlə də həmişəki kimi qiyməti süni şəkildə bahalaşdırırlar. Vətəndaşlar da belə süni qiymət artımı ilə üzləşirlər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə