Yaşar Əliyev finala yüksələ bilməyib



Sərbəst güləş üzrə 57 kq çəkidə gücnü sınayan phləvanımız Yaşar Əliyev finala yüksələ bilməyib. Təmsilçimiz Rusiya idmançısı Viktor Lebedevə 3-1 hesabı ilə uduzub. Bununla belə, o, bürünc medal uğrunda mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeni 9-4 hesabı ilə yenib.