Yaşar Əliyev yarımfinala yüksəlib



Sərbəst güləş üzrə 57 kiloqram çəkidə gücünü sınayan pəhləvanımız Yaşar Əliyev yarımfinala yüksəlib. sherg.az xəbər verir ki, idmançımız 1/4 final mərhələsində erməni təmsilçisi Garik Barseghyanı 10:6 xal hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz rusiyalı V.Lebedevlə görüşəcək.
Məlumat üçün bildirək ki, təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeni 9-4 hesabı ilə yenib.

Ayyət