“Yaxşı olacaq!”

Şəmistan Əlizamanlı: “Mən artıq qələbə marşını yazmağı düşünürəm"



İliyimizə qədər işləyən, bizləri düşmənlə savaşa səsləyən, qanımızı coşduran möhtəşəm səsə sahib Şəmistan Əlizamanlı da dünən döyüş bölgəsində olub.

Cəbhə bölgəsindəki son vəziyyətlə bağlı suallarımızı cavablandıran "Cənab Leytenant” "Şərq”ə açıqlamasında döyüş bölgəsində ab-havanın son dərəcə yüksək olduğunu deyib: "Əhval-ruhiyyə əladır. Silahlı qüvvələrimiz cəbhə bölgəsində üstünlüyü ələ keçirib. Bir neçə mühüm strateji atəş nöqtələri götürülüb. İşğal altında qalan torpaqlarımıza tam nəzarət olunur. Azərbaycan ordusunun irəliləməsi üçün əla şərait yaranıb və daha da asan olacaq. Narahat olmaq üçün heç bir əsas yoxdur. Allahın köməyi ilə qələbə xəbərləri alacağıq”. Azərbaycan ordusunun qələbəsinə inandığını vurğulayan Ş.Əlizamanlı ordumuzun irəliləməsində həm səsi, həm də silahı ilə əlindən gələni etməyə hazır olduğunu deyib: "Mən artıq qələbə marşını yazmağı düşünürəm. Tərtərdə Gəncədə oldum. Bütün bölgələrdə əhval-ruhiyyə çox yüksək idi. Qələbəni təmin edən amillərdən biri də xalqın yüksək əhval-ruhiyyəsidir. O da bizdə var. Bu dəfə yüksək nailiyyətlər əldə edəcəyimiz dəqiqdir”. Əsgərlə görüşmədiyini vurğulayan Əlizamanlı hərbinin işinə müdaxilənin doğru olmadığını deyib: "Müharibənin öz qanunları var. Biz indiki halda daha çox təmkinli olmalı və ordumuza güvənməliyik. Hər şey yaxşı olacaq!!!”

Şəymən