Yazıçı Əkrəm Əylisliyə qarşı ittiham elan edilib
14:53 06.04.2016
Arxiv
493
Yazıçı Əkrəm Əylisliyə qarşı ittiham elan edilib.
APA-nın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov "facebook” sosial şəbəkəsində status yazıb. Onun sözlərinə görə, bu gün yazıçı Əkrəm Əylisli ilə onun hüquqlarının müdafiəsi üçün müqavilə bağlayıblar: "Daha sonra müstəntiqin çağırışı ilə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinə getdik. Əkrəm Əylisli əvvəlcə şübhə edilən şəxs qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində cəlb edildi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edildi. İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, DSX-nin əməkdaşı, 15.09.1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunundöş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə soğlun göymütül qançır yaranıb.
Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirdi. İstintaq hələ davam edir” .
Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev Hava Limanında saxlanılıb. Daha sonra isə sərbəst buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya