"Taxoqraf sayğac kimi ölçü cihazıdır. Bu cihazlar xaricdən alınır. İstifadə zamanı onlar mütləq yoxlanılmalı və sınaqdan keçirilməlidir"
Yeni cihaz göz yorur
07:51 20.09.2018
Arxiv
708
Sürücülərin nə qədər işlədiyinə və istirahətinə nəzarət olunacaq
"Taxoqraf sayğac kimi ölçü cihazıdır. Bu cihazlar xaricdən alınır. İstifadə zamanı onlar mütləq yoxlanılmalı və sınaqdan keçirilməlidir"
"Taxoqraf sayğac kimi ölçü cihazıdır. Bu cihazlar xaricdən alınır. İstifadə zamanı onlar mütləq yoxlanılmalı və sınaqdan keçirilməlidir"
Taxoqraf cihazı ilə təmin olunmayan və taxoqrafla bağlı qaydaları kobud şəkildə pozan daşıyıcılar və sürücülər məsuliyyətə cəlb ediləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilməlidir:
"Beynəlxalq yük daşımalarını, həmçinin ölkədaxili, şəhərlərarası və rayonlararası yük daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar”.
Qeyd edək ki, elektron cihaz olan taxoqrafın iş prinsipi belədir ki, sürücü xüsusi kartı aparata daxil edir. Bundan sonra işə düşən taxoqraf sürücünün neçə saat işləməsi haqqında məlumatları özündə saxlayır. Yəni nəqliyyat vasitəsi hərəkətdə olanda həmin müddət iş saatı kimi cihazın yaddaşına yazılır. Bu məlumatlar həm də mərkəzi informasiya bazasında əks olunaraq toplanacaq.
Ekspert Ərşad HüseynovEkspert Ərşad Hüseynov isə hesab edir ki, dəyişikliyi tətbiq etmək çətin olacaq:
"2014-cü ildə verilən qərarla ölkədaxili yükdaşımalarda, şəhərlərarası marşrutlarda taxoqrafların istifadəsi məcburi oldu. Amma bu sahədə hələlik nizamlı iş aparılmır. İndi İctimai Xətalar Məcəlləsindəki 342-ci maddəyə bəzi dəyişikliklər gözlənilir.
Amma təəssüflər olsun ki, bu iş özlüyündə normal təşkil olunmayıb. Taxoqraf elə bir cihazdır ki, onu hər kəs alıb avtomobilinə yerləşdirə bilməz. Bunu xüsusi akkreditasiyası olan müəssisələr etməlidir. Taxoqraf sayğac kimi ölçü cihazıdır. Bu cihazlar xaricdən alınır. İstifadə zamanı onlar mütləq yoxlanılmalı və sınaqdan keçirilməlidir. Bu işlər qaydasında olmadığından, məsuliyyət müəyyən edilsə də, onu tətbiq etmək bir qədər çətin olacaq”.
Ə.Hüseynovun sözlərinə görə, taxoqraf sürücünün avtomobillə gün ərzində neçə km məsafə qət etdiyini göstərir. Yük avtomobillərində və avtobuslarda rəqəmsal taxoqrafların quraşdırılmasında da məqsəd sürücülərin nə qədər işlədiyinə və istirahət rejiminə nəzarəti təmin etməkdir.
Hədəf odur ki, sürücülər yorğun olmasınlar, sükan arxasında yuxulamasınlar, normal istirahət edə bilsinlər, aqressivləşməsinlər, yola və avtomobilə tam nəzarət edə bilsinlər. Ona görə də gələcəkdə yoxlamalar zamanı problemlərlə üzləşməmək üçün avtobus və yük avtomobili sahiblərinə indidən hazırlaşmaq məsləhətdir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol