Yeni dini icmalara şəhadətnamələr verilib
13:15 29.11.2018
Arxiv
539
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 30 dini icmaya şəhadətnamələr təqdim edilib.
Komitədən Trend-ə verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub.
Sədrin birinci müavini vurğulayıb ki, ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.
S.Salahlı qeyd edib ki, respublikamızda ölkə rəhbərliyi tərəfindən mənəvi dəyərlərin təbliğinə, dini maarifləndirmə işini təşkilinə, eyni zamanda dindarlara diqqət və qayğı göstərilməkdədir: "Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, din xadimlərinə maddi dəstəyin göstərilməsi, dini ibadət yerlərinin tikintisi və ya əsaslı təmiri bu diqqətin bariz nümunəsidir”.
Dini radikalizm və xurafatla mübarizə tədbirlərindən də danışan S.Salahlı bu sahədə dindarların, o cümlədən dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Daha sonra çıxış edən Gəncə şəhəri "İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov respublikamızda vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib.
Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya