Yeni mərhələ: Aqrar-sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı...
14:45 30.04.2019
Arxiv
919
`"Hazırki tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür”
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dövlət başçısı hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi:
"Bu fikir əslində ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və bu islahatların davamlı olacağına işarə idi. Çünki hazırda iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün olduqca münbir şərtlər formalaşıb. Bu, Azərbaycanda indiyə qədər həyat keçirilən iqtisadi siyasət sayəsində mümkün olub. Yeni iqtisadi inkişaf srtategiyasının iqtisadi əsasları bunlardır.
Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə əminliklə deyə bilərik ki, yeni strategiya məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək.
Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik. Bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir”.
Parlament üzvü bildirib ki, dolayısı ilə biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ən ön planda gələcəyinin şahidi olacağıq:
"Ancaq şübhəsiz ki, növbəti mərhələdə bəzi məslələrin də prioritet təşkil edəcəyini də gözardı edə bilmərik. Buraya sahibkarlığın daha da inkişafı, yeni sosial-iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi məsələləri, iqtisadiyyatın şaxələndirilməsi, aqrar-sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi və s. çoxsaylı istiqamətlər daxildir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsini təmin edəcək.
Bundan əlavə icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların edilməsi, sosial blokda problemlərin kompleks və səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritetlər də daima diqqət mərkəzində olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya