Yerevanda Olland Putinlə görüşdü

Fransa prezidenti diqqəti Ukrayna böhranına yönəldib




Dünən Fransa prezidenti Fransua Ollandla Rusiya başçısı Vladimir Putin Yerevanda görüşüblər. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşün gedişatında Fransa prezidenti diqqəti Ukrayna böhranına yönəldib.

O təəssüflə bildirib ki, Ukrayna münaqişəsinə görə Avropa Birliyi ilə Rusiyanın əlaqələri pisləşib. Fransua Olland hesab edir ki, Ukrayna böhranının tənzimlənməsinin yeganə yolu fevralın 12-də "Normand dördlüyü” formatında əldə edilmiş Minsk razılaşmaların əməl etməkdir.

Qeyd edək ki, hər iki prezident qondarma erməni soyqırımının 100 illik tədbirində iştirak etmək üçün Yerevanda səfərdədirlər.