Yol qəzasında yaralanan gənc xəstəxanada öldü


Şəkidə üç gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

APA -nın şimal-qərb bürosunun məlumatına görə, Şəki rayonu Cəfərabad kənd sakini, 29 yaşlı Nihad Şahin oğlu Allahverdiyev müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qeyd edək ki, N. Allahverdiyev sentyabrın 22-si axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ağır xəsarət almışdı.