Vacib deyil ki, hansısa yol başdan-ayağa təmirə bağlansın
Yollarımız yorur...
08:37 10.04.2018
Arxiv
915
İnsanların rahat hərəkəti təmin olunmalıdır
Vacib deyil ki, hansısa yol başdan-ayağa təmirə bağlansın
Vacib deyil ki, hansısa yol başdan-ayağa təmirə bağlansın
Paytaxtda yol infrastrukturu tez-tez yenilənir. Yollar asfaltlanır, qaz boruları, kanalizasiya xətləri çəkilir. Təmir işlərinin aparılması, əlbəttə, müsbət haldır. Amma müsbətə mənfi çalarlar gətirən hallar da baş verir. Hansı yolda ki, təmir işlərinə başlanıldı, orada nəinki avtomobillərin, piyadaların da hərəkəti məhdudlaşır.
Paytaxt sakinləri tikinti ərazilərinə yaxın məsafədə "Müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhələrini görməkdən artıq yorulub. Çünki narahatlığın ömrü heç də yazıldığı kimi "müvəqqəti” olmur. Nədənsə, "müvəqqəti”nin ömrü çox uzanır. Piyadalar çox zaman tozun-torpağın arası ilə keçib getməli olur. Bu günlərdə sosial şəbəkələrdə paytaxtın Məhəmməd Hadi küçəsindəki "yarımçıq piyada keçidi” ilə bağlı video-çarx çox izlənənlər sırasında olub. Videodan görünür ki, təmir olunmuş yolun bir hissəsində piyada keçidi zolaqları çəkilib, digər hissədə isə zolaqlar yoxdur. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi açıqlama verib. BNA-nın mətbuat katibi Mais Ağayev axar.az-a bildirib ki, yolun bir hissəsində təmir başa çatdığı üçün nişanlama işləri də aparılıb, digər hissədə isə hələ nişanlama aparılmayıb. Piyada keçidi haqqında "yarımçıq keçid” ifadəsinin işlədilməsi düzgün deyil. Keçidin yarımçıq qalması yolda uyğunsuzluq kimi anlaşılmamalıdır, burada sadəcə işlərin natamamlığından söhbət gedə bilər. Təmir işləri başa çatdıqda nişanlama da aparılacaq.
M.Hadi küçəsində aparılan təmir işlərinə dair videoya baxdıqda, görünür ki, piyadalar yolu keçməkdə çətinlik çəkir. Təmir işləri aparılan yol piyadalar üçün istifadəyə açıq saxlanılıb, əhali də düzülməkdə olan səki daşlarının, bardürlərin arası ilə gedib-gəlir. Belə hallarda insanların qismən də olsa, rahat hərəkətini təmin etmək çətindirmi?
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli "Şərq”ə bildirdi ki, bir çox ölkələrdə yol infrastrukturu yenidən qurularkən asma, daşına bilən kiçik taxta körpülərdən, yaxud da pilləkənlərdən istifadə edilir:
- Yollarda təmir aparıldığı müddətdə mikro-infrastruktur qurmaq mümkündür. Bir çox ölkələrdə mən bunun şahidi olmuşam. Yol təmirə bağlanırsa, təmirin hələ aparılmadığı hissədə kiçik asma körpülər və ya pilləkənlərdən istifadə edilir. Yolun bir hissəsi təmir edildikdən sonra həmin o daşınan körpücük və ya pilləkənlər digər hissəyə keçirilir, bununla da insanların rahat gediş-gəlişi təmin edilir. Vacib deyil ki, hansısa yol başdan-ayağa təmirə bağlansın. Yolu hissə-hissə də təmir etmək olar. Bu ona görə lazımdır ki, insanlar rahat hərəkət edə bilsin, avtomobillərin hərəkətində məhdudiyyətlər az olsun, tıxaclar yaranmasın. Bu yolun təmiri nəticə etibarilə insanların rahatlığının təmin edilməsi məqsədi daşımır?! Elədirsə, gərək ilk növbədə insanların rahatlığı üçün çalışılsın.
İ.Hüseynli qeyd etdi ki, təmir-tikinti işləri dünyanın hər yerində aparılır. Amma gərək bu işlər tələb və standartlar çərçivəsində aparılsın. Sakinlərin rahatlığı nəzərə alınsın:
- Təəssüf ki, bizdə bu qaydalara çox az riayət olunur. Misal üçün, 9-cu mikrorayon ərazisində, Mir Cəlal küçəsində təxminən 3 aydır təmir işləri aparılır. Su, kanalizasiya xətləri dəyişdirilir, yerüstü naqillər yeraltı keçirilir. Təmir işləri başlanandan yolun sağı ilə solu arasında rabitə tamamilə kəsilib. Vətəndaşlar bilmir yolu necə, hansı hissədən keçsin. Bu yolun bir hissəsini keçid üçün saxlamaq lazım idi. Amma belə etmirlər. Yolda təmir aparılırsa, yol tamamilə bağlanır, avtomobillər digər yollara axışır, beləliklə tıxac yaranır. Təklif olunan alternativ, qəsəbədaxili yollar da bərbad vəziyyətdə olduğundan sürücülər də, sərnişinlər də əziyyət çəkir. "Müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhəsi qoymaqla iş bitmir. Gərək elə edəsən ki, üzr də qəbul olunsun.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat