"Yüksəliş" müsabiqəsinin səyyar qeydiyyat avtobusları yola düşüb
11:32 21.01.2020
Arxiv
589
"Yüksəliş" müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə yola düşüb.Səfərin məqsədi müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları məhdud olan şəxslər üçün qeydiyyatdan keçməyə şərait yaratmaqdır.
Yanvarın 21-də Bakıdan yola düşən avtobusların hərəkət istiqamətlərinə uyğun səfərin ilk günündə Sumqayıt (9:00-14:00), Hacıqabul(10:00-13:00), Şirvan(14:00-16:30) və Siyəzən (15:00-18:00) şəhərlərində görüşlər nəzərdə tutulub.
Daha sonra ardıcıl olaraq 22 yanvar tarixində Salyan (9:30-11:30), Biləsuvar (13:00-15:00), Masallı (16:00-18:00), Şabran (9:30-12:00), Quba(13:00-16:00),
23 yanvar tarixində Qusar (09:30-12:00), Xaçmaz(13:30-17:30), Lənkəran(09:30-13:30), Astara(15:00-17:00), 24 yanvar tarixində Neftçala(12:00-14:00), Şamaxı(10:00-13:00), İsmayıllı (14:30-18:00), 25 yanvar tarixində Qəbələ (09:30-13:00), Şəki(14:00), 26 yanvar tarixində Balakən (14:00), Zaqatala(10:00-13:00) rayonlarına səfər planlaşdırılıb.
Regionlarda səyyar qeydiyyat prosesinə Gənclər və İdman Nazirliyinin yerli idarələri, Gənclər fondu, Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən “Karyera inkişaf mərkəzləri”, Gənclər mərkəzləri və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən dəstək verilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.
Müsabiqənin qeydiyyat mərhələsi fevralın 2-də yekunlaşacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya