“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb
07:28 01.07.2021
Arxiv
357
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu yarımfinal mərhələsinin nəticələrini elan edib. Yarımfinal mərhələsinə müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 309 iştirakçıdan 298 nəfəri qatılıb. Onlardan 112 nəfəri finalda iştirak etmək hüququ qazanıb.
Yarımfinalda strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.
Finala keçən 112 nəfərdən 21-i eyni nəticə göstərərək 19 bal toplayıb. Müsabiqənin Təşkilat Komitəsi və qiymətləndirici ekspertlər eyni balı toplayan iştirakçıların hər birinin yarımfinalda nailiyyətlərinin düzgün və ədalətli qiymətləndirilməsi baxımından, onların finalda iştirakının təmin edilməsinə qərar verib.
İştirakçılar arasında bir nəfər maksimum sayılan 30 balı toplayıb. Ümumilikdə finalda iştirak haqqı qazanan namizədlərdən 13 nəfəri xanımdır.
Qeyd edək ki, final mərhələsindən uğurla keçən 20 namizəd qalib elan olunacaq və qaliblərin hər birinə 20 min AZN məbləğində qrant təqdim ediləcək.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfəri müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə Ebolaya yoluxanların sayı 450-ni keçdi
19:41 06.06.2026
Dünya
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı
19:12 06.06.2026
Futbol
Rusiyaya qarşı 32 min sanksiya tətbiq olunub
18:48 06.06.2026
Region
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə