Yunanlar böhrandan çıxış yolunu Avrozonada qalmaqda görürlər





"Kathimerini” qəzetinin dərc etdiyi, "Dianeosis” qrupu tərəfindən aparılmış sorğuya əsasən, yunanların 59,6 faizi ölkənin böhrandan çıxış yolunu Avrozonada qalmaqda görürlər. Bu rəqəm 2015-ci ildə 73,9 faizə bərabər idi. Sorğuda iştirak edənlərin 33,1 faizi yenidən draxmaya qayıtmağı vacib bilirlər. Yunanların 62,1 faizi ölkənin yeddi ildir üzləşdiyi böhranın daxili problemlər səbəbindən davam etdiyini bildirib. (AZƏRTAC) Sorğuya əsasən, 57,3 faiz Avropa İttifaqının Yunanıstandan daha çox bəhrələndiyini qeyd edib.