
Yuxarı qızdı, aşağı oğlan... - VİDEO
12:22 30.04.2019
Arxiv
791
Valideynlər uşaqlarına oyuncaq seçərkən ehtiyatlı olmalıdırlar
Ötən günlərdə paytaxtda xoşagəlməz bir hadisə yaşanıb. Bakıda oyuncaq mağazalarının birindən ailə qızlarına gəlincik alıb. Evdə uşaq gəlinciklə oynayan zaman valideynləri aldığı oyuncağın qız başlı, oğlan bədənli olduğunu görüb. Körpənin valideynləri qarşılaşdığı mənzərəni sosial mediada paylaşıb və paylaşım istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələyə münasibət bildirən psixoloq Aytən Ələkbərova "Sherg.az”a söyləyib ki, valideynlər oyuncaq seçərkən çox ehtiyatlı olmalıdır:

"Xüsusən də oyuncaqlarda cinsiyyətlə bağlı məsələlərə diqqət edilməlidir. Çünki uşaqlar üç yaşlarından öz cinsiyyətlərini tanımağa başlayır. Bir zamanlar bədən üzvləri kimi tanıdığı cinsiyyət orqanlarını sonradan daha ətraflı tanıyırlar. Lakin bu kimi hallar baş verdikdə uşaqlarda fikir qarışıqlığı yaranır. İlk növbədə belə hallara valideynlər diqqət etməlidir.
Çünki bu cür hallar cəmiyyəti zəhərləyə bilər. Belə oyuncaqların hazırlanması heç də ürəkaçan bir amil deyil. Amma ola bilər ki, həmin gəlincik istehsal edilən zaman sexdə xammal çatışmazlığı ilə əlaqədar olaraq belə bir təşəbbüsə cəhd edilib. Həmçinin bəzi insanlar çəkdiyi xəstəliklə əlaqəli olaraq aqressiv olurlar. Eyni cinsə maraq göstərməyin özü də bir xəstəlikdir. Həmin tipli insanlar çalışırlar ki, bu problemi hər kəslə bölüşsünlər.
Ona görə də cəmiyyəti zəhərləyəcək bu cür addımlar atırlar. Hazırda eyni cinsə maraq göstərənlərin statistikasının artması bu kimi arzuolunmaz halların geniş təbliği ilə bağlıdır. Fikrimcə, bu cür oyuncaqlar xarici istehsaldır. Çünki belə hallar bizim mentalitetimizə ziddir. Amma Niderlandda iki kişi və ya iki qadın evlənə bilər. Ona görə valideynlər övladları ilə sıx əlaqədə olmalıdır. Onların oriyentasiyasını qorumaq üçün bu kimi məsələlərə ciddi diqqət etməlidir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya